Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Beş xəstədən birində bu əlamət olur: COVİD-19-un bu simptomu ən çox uşaqlarda görünür
---

Beş xəstədən birində bu əlamət olur: COVİD-19-un bu simptomu ən çox uşaqlarda görünür


Beş xəstədən birində bu əlamət olur: COVİD-19-un bu simptomu ən çox uşaqlarda görünür

Neçə aylardır ki, dünyanı təşvişdə saxlayan yeni virusun daha bir əlaməti haqda məlumatlar yayılıb.İndi isə koronavirusa yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı bildirilir. Məlumata görə, ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının əlamətlərindən biri hesab olunur.

May.az xəbər verir ki, İtalya və İspaniyadan olan həkimlər bu nəticəyə gəliblər. COVID-19diaqnozu iləxəstəxanaya yerləşdirilən hər beş italiyalıdan birindədəri problemləri var. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur. İspaniya Pediatrlar Assosiasiyası, koronavirusun yaratdığı bu əlamətin çiçək və ya qızılca xəstəlikləri zamanı yaranan səpgilərə, yaralara bənzədiyini açıqlayıb. Bir qayda olaraq, ayaqlarda, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.

Həkimlər insanları belə bir əlamətə qarşı diqqətli olmağa və əgər bunu görərlərsə, evdə özlərini təcrid etməyə çağırıblar. Eyni zamanda, mütəxəssislər vətəndaşlara yalnız bu simptom olduqda tibb mərkəzlərinə getməməyi, lakin belə bir əlamət görərlərsə, səhhətlərinə diqqət etməyin vacivliyini vurğulayıblar.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma