Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əllərdə, qarında səpgi-Xəstələrin 10 faizində bu əlamətlər olur
---

Əllərdə, qarında səpgi-Xəstələrin 10 faizində bu əlamətlər olur


Əllərdə, qarında səpgi-Xəstələrin 10 faizində bu əlamətlər olur

Rusiyada koronavirusa yoluxmuş bəzi xəstələrdə yeni əlamətlər tapılıb.

May.az xəbər verir ki, həkimlər COVİD-19 xəstələrində müxtəlif dəri səpgiləri müşahidə ediblər. Kommunark Yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko deyib ki, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri olur. O, daha əvvəl çinli, ingilis həkimlərin bu simptomla qarşılaşdıqları barədə məlumatlar verdiklərini də qeyd edib.

Baş həkim deyib ki, dəri səpkiləri ən çox əllərdə və qarın nahiyəsində müşahidə olunur. Xatırladaq ki, yeni virusun dəri əlamətləri İtaliya və İspaniyada da müşahidə olunub. Yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı açıqlanmışdı. Ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının əlamətlərindən biri kimi qəbul edilib.

COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər beş italiyalıdan birində dəri problemlərin olduğu vurğulanırdı. Əksər hallarda bu simptomun uşaqlarda və yeniyetmələrdə olduğu deyilirdi

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma