Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Panda balası bir ildir adsız qalıb
---

Panda balası bir ildir adsız qalıb

Təxminən bir il əvvəl, 31 may 2021-ci ildə Kuala Lumpur Zooparkında doğulan nəhəng panda balasına hələ də ad qoyulmayıb.
Lent.az xəbər verir ki, bu barədə "New Straits Times" məlumat yayıb.
Körpənin adının olmaması faktını Milli Zooparkın direktor müavini Amat Lana da bildirib.
O, izah edib ki, zooparkdakı erkək pandalara ad vermək hüququ hökumətə məxsusdur. Zoopark özü ad seçə bilməz.
Amat Lana jurnalistlərə deyib: "Biz adla bağlı hökumətin qərarını gözləyirik".
Bu, Kuala Lumpur zooparkında doğulan üçüncü panda balasıdır.
Qeyd olunur ki, anası Lian Lian özünü əla hiss edir və körpə hələ də ana südü ilə qidalanır.
"İndi onun təxminən bir yaşı var və çəkisi 80 kiloqramdır. O,həmişə anasının yanındadır", - deyə zooparkın direktor müavini bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma