Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İmran Xandan diqqətçəkən açıqlama - "Diriliş Ərtoğrul"u izləyin
---

İmran Xandan diqqətçəkən açıqlama - "Diriliş Ərtoğrul"u izləyin



Pakistan Baş naziri İmran Xan vətəndaşlara, xüsusən də gənclərə təhsil vermək və ideal insan modeli göstərmək baxımından ölkədə türk seriallarının yayımlandığını açıqlayıb.
MAY.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Pakistan baş naziri bu barədə yerli televiziya kanallarına müsahibəsində danışıb.
"Mobil telefonlardan qədərindən artıq istifadə gəncləri uçuruma aparır. Nəyisə qadağan edə bilmərik, amma əvəzində xalqa faydalı olan alternativ variantlar tətbiq etmək olar. Elə bu səbəblə ölkədə "Diriliş Ərtoğrul və "Yunus Əmrə" kimi türk serialları yayımlanır", - İmran Xan söyləyib.
Baş nazir qeyd edib ki, Pakistan da sözügedən motivdə seriallar istehsal edəcək: "1 dekabrdan PTV-də yayımlanan "Yunus Əmrə" serialını xüsusilə tövsiyə edirəm. Pakistanlı gənclər Türk seriallarını izləyərək İslam tarixi və etikası haqqında məlumat əldə edə bilərlər".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma