Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
---

Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib

Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib


Böyük Britaniyada "AstraZeneca" şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı immun reaksiyasına səbəb olub.

MAY.AZ Trend-ə istinadən xəbər verir ki, 55 yaşdan yuxarı şəxslər üzərində keçirilən sınaqların nəticələrinə əsasən müəyyən olunub ki, əksər şəxslərin bədənində anticisimlər formalaşıb.

Mütəxəssislərin fikrincə, bu, çox müsbət əlamətdir. Sınaqların yekun nəticələri bütün məlumatların analizindən sonra məlum olacaq.

Qeyd edək ki, "AstraZeneca"nın vaksininin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Yaponiyada davam edir. Bundan başqa, ABŞ-da sınaqların yenidən başlaması gözlənilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma