Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu şəxslərə COVID-19 peyvəndi kömək etməyəcək
---

Bu şəxslərə COVID-19 peyvəndi kömək etməyəcək

Bu şəxslərə COVID-19 peyvəndi kömək etməyəcək


Koronavirus pandemiyasına qarşı hazırlanan peyvənd bəzi insanlar üçün yararsız ola bilər, çünki həmin şəxslər antikor istehsalında problemlər yaşayacaqlar.

May.az "Report"a istinadən xəbər verir ki, bunu virusoloq Anatoli Altşteyn deyib.

Altşteyn problemin immun çatışmazlığı olan insanlarda müşahidə olunduğunu və COVID-19 peyvəndinin onlara təsir etməyəcəyini bildirib.

"İnsanlar antikor istehsal etmə qabiliyyətinə görə fərqlənirlər, lakin onları qruplara ayırmaq olduqca çətindir. Bu, sağlamlıq vəziyyətindən deyil, orqanizmin heç kimin bilmədiyi xüsusiyyətlərindən asılıdır".

Bundan əlavə, həkim antikorların yaşlılarda, stres altında olanlarda, iltihab əleyhinə dərmanlar və alkoqol qəbul edənlərdə istehsalın zəif olması ilə bağlı məlumatlara şübhə ilə yanaşıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma