Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "İlham Əliyev peşəkar mediaya müsahibə verir, hansısa "sarı mətbuat"a deyil" - Hikmət Hacıyev
---

"İlham Əliyev peşəkar mediaya müsahibə verir, hansısa "sarı mətbuat"a deyil" - Hikmət Hacıyev

"İlham Əliyev peşəkar mediaya müsahibə verir, hansısa "sarı mətbuat"a deyil" - Hikmət Hacıyev


Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına cavab verib.

Bununla bağlı H.Hacıyev "Twitter" hesabında paylaşım edib.

Belə ki, BİLD-in əməkdaşı Paul Rozenhaymerin guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razılaşması, daha sonra isə imtina etməsi ilə bağlı "Twitter"də iddia irəli sürüb.

Onun cavabında isə Hikmət Hacıyev bildirib ki, heç kim bu nəşrə müsahibə ilə bağlı razılıq verməyib: "Azərbaycan rəhbərliyi adından danışmağınız peşəkarlığa sığmır. Azərbaycan Prezidenti peşəkar mediyaya müsahibə verir, hansısa "sarı mətbuat"a deyil".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma