Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar
---

Azərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar

Azərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar


İşğal altındakı Qarabağda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistanın əsir düşən hərbçiləri Areq Sarkisyan və Narek Amircanyan valideynləri ilə telefonla danışıblar.

"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənstanın keçmiş ədliyyə naziri, hüquq müdafiəçisi Artak Zeynalyan feysbuk səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanda əsirlikdə olan erməni hərbçilər Ermənistandakı ailə üzvləri ilə telefon danışığında vəziyyətlərinin yaxşı olduğunu və onlarla yaxşı rəftar edildiyini deyiblər.

Bildirilib ki, hər iki hərbçi sentyabrın 27-də əsir düşüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma