Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb
---

Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb

Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb


ABŞ-dan olan alimlər koronavirus infeksiyasının ilk əlamətlərinin ardıcıllığını açıqlayıblar.

MAY.AZ e-tibb.az-a istinadən bildirir ki, aparılan tədqiqat zamanı mütəxəssislər, COVID-19 olan 55 mindən çox xəstənin tibbi tarixçəsini təhlil ediblər. Məlum olub ki, koronavirusa yoluxma zamanı ilkin olaraq qızdırma, sonra öskürək inkişaf edir. Bundan sonra xəstələrdə əzələ ağrısı, ürək bulanması, qusma və ishal ola bilər. Alimlər bunun həkimlərə xəstəliyin vaxtında diaqnoz və müalicəsində kömək edə biləcəyini qeyd ediblər.
Rusiyalı həkim Anna Dmitrieva isə öz təcrübəyə əsaslanaraq, demək olar ki, 100% hallarda qoxubilmənin itməsi olan insanlara COVID-19 diaqnozu qoyulduğunu söyləyib.
Bundan əlavə, bir qədər əvvəl amerikalı həkimlər COVID-19-un daha qeyri-adi bir simptomunu tapıblar. Mütəxəssislər hıçqırıqlara da diqqət yetirməyə çağırıblar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma