Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Bakcell"dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək
---

"Bakcell"dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

"Bakcell"dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək


Bakcell şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat vəsait ayırıb.

Bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 1 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

Bakcell şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir.

Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma