Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Müəllim olmaq istəyənlərə XƏBƏRDARLIQ
---

Müəllim olmaq istəyənlərə XƏBƏRDARLIQ

Müəllim olmaq istəyənlərə XƏBƏRDARLIQ


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlərə müraciət edib.

Nazirlikdən MAY.AZ-a verilən məlumata görə, elektron yerləşdirmələr aparıldıqdan sonra müsabiqədə vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə zəruri sənədlər və işə qəbulun nəticəsinə dair çıxarış göndərilir:

"Nəzərinizə çatdırmaq istəyirik ki, çıxarışın şəxsi səhifələrdə qeyd olunmuş tarixədək aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunması vacibdir. Yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Əks halda bu, vakant yerdən imtina hesab olunacaq. Bütün bunları nəzərə alaraq sənədlərinizi təqdim etdikdən sonra şəxsi səhifənizə daxil olub çıxarışın təsdiqləndiyini yoxlamağı unutmayın".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma