Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » DİM sədrindən valideyn və abituriyentlərə MÜRACİƏT
---

DİM sədrindən valideyn və abituriyentlərə MÜRACİƏT

DİM sədrindən valideyn və abituriyentlərə MÜRACİƏT


Abituriyentlərin ixtisas seçimlərini başqaları aparmamalıdır.

MAY.AZ xəbər verir ki, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, abituriyentlərin ixtisas seçimi ilə bağlı iki jurnal artıq nəşr olunub və onları hər kəs əldə edə bilər:

"Bakıda təxminən altı universitetdə ixtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri yaratdıq. Həmin mərkəzlərdə xidmətlər pulsuzdur. Abituriyentlər elektron nömrə götürərək, ora üz tuta bilərlər.

Ümumiyyətlə isə nəşr edilən jurnalları əldə etməklə, aydın şəkildə öz ixtisas seçimlərini edə bilərlər. İxtisas seçimi ilə bağlı hansı məqamlara diqqət edilməsinə dair məlumat kitabçaları da hazırlanıb. Abituriyentlərin ixtisas seçimlərini başqaları aparmamalıdır. Yaxşı olar ki, bu prosesdə abituriyentlərin şəxsən özü iştirak etsin".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma