Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Polşa sakinlərinə maskasız çölə çıxmağa icazə verildi
---

Polşa sakinlərinə maskasız çölə çıxmağa icazə verildi

Polşa sakinlərinə maskasız çölə çıxmağa icazə verildi



Polşa sakinləri bu gündən etibarən tibbi maska taxmadan çölə çıxa bilərlər.

“RİA Novosti” xəbər verir ki, ölkə hökuməti karantin rejiminin yumşaldılmasının üçüncü mərhələsini tətbiq edir.

Artıq Polşa sakinləri bir-iki metr sosial məsafə saxlamaqla maskasız gəzə biləcəklər.

Bu məsafə gözlənilməzsə, maska taxmaq məcburi olacaq. İnsanlar arasında iki metr məsafəni qorumaq imkanı varsa, qapalı məkanlarda da maskasız ola bilərlər. Ancaq bəzi ictimai yerlərdə, xüsusən mağazalarda, kinoteatrlarda maska ​​və ya şərf taxmaq məcburi olacaq.

Bundan əlavə, Polşada mağazalara gələnlərin sayına qoyulan məhdudiyyət də ləğv edilir. Eyni zamanda, iyun ayının 6-dan etibarən kinoteatrlar, hovuzlar və filarmoniyaların açılmasına icazə verilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma