Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Magistr dissertasiyasının müdafiəsi götürülməyib
---

Magistr dissertasiyasının müdafiəsi götürülməyib

Magistr dissertasiyasının müdafiəsi götürülməyib


"Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır. Çünki daha uzunmüddətli prosesdir".

“Report” xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, magistarura səviyyəsini bitirənlərin çoxu sonradan doktoranturada təhsil üçün müraciət edir: "Bunu nəzərə alaraq dissertasiya müdafiəsi nəzərdə tutulub. Magistr dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. Hər hansı səbəbdən magistr iyun-iyul aylarında müdafiədə iştirak edə bilməsə, avqust-sentyabr ayında da müdafiəsini edə bilər".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma