Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Alimlər xərçəngdən öncə gələn xəstəlikləri açıqladı
---

Alimlər xərçəngdən öncə gələn xəstəlikləri açıqladı

Alimlər xərçəngdən öncə gələn xəstəlikləri açıqladı


Araşdırmaçılar bir sıra infeksion xəstəliklər, həmçinin növbəti 6 il ərzində onkologiya inkişafı arasında olan əlaqəni aşkarlayıblar.

“Eurekalert” xəbər verir ki, araşdırmanı yaponiyalı alimlər aparıb.

Tədqiqat çərçivəsində 48 mindən çox insanın səhhəti araşdırılıb, qrip, hepatit, qastroenterit və pnevmoniyanın illik yayılma göstəriciləri nəzərə alınıb.

Alimlərin sözlərinə görə, onkoloji xəstəliklər kimyəvi kanserogenlərin təsiri altında əmələ gələn infeksion çevrədə yayılmağa başlayırlar. Bundan başqa, immun sisteminin pozuntusu da buna təsir edir.

Bildirilib ki, mədə xərçəngi olan pasiyentlər digərlərindən daha çox pnevmaniyadan əziyyət çəkir, hematoloji xərçəng xəstələri hepatitə, yumurtacıq xərçənginə düçar olanlar isə qripə yoluxur.

Bununla belə, araşdırma məhdud çərçivədə aparılıb. Məsələn, tədqiqata ətraf mühit, həyat tərzi və genetikanın təsirləri barədə heç bir bilgi yerləşdirilməyib.(Report)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma