Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı
---

Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı

Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı


Polşanın Ostruv-Velikopolski şəhərinin sakini ailəsini koronavirusa yoluxdurmamaq üçün üç gün maşında yaşamalı olub.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, xaricdən ölkəyə qayıdan həmin şəxs yolda özünü pis hiss edib və doğma şəhərinə çatdıqda ilk növbədə xəstəxanaya gedib.

Həkimlər onun bronxitə tutulmasını müəyyən ediblər. Bundan əlavə, ondan koronavirusla bağlı təhlillər götürülüb və kişi evə buraxılıb.

Lakin o, ailəsini xəstəliyə yoluxdurmaqdan qorxduğu üçün evə getməkdən imtina edib.

"Onda sadəcə bronxit var idi. Bu diaqnozla heç kimi karantinə almırlar", - deyə həkim Ancey Belinski qeyd edib.

Təhlillərin nəticələrini gözləyən kişi üç gün ərzində maşında yaşamalı olub.

Onda koronavirus olmadığı müəyyən ediləndən sonra polşalı sevincli şəkildə evinə qayıdıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma