Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Koronavirusla bağlı təhlükəli tövsiyələr
---

Koronavirusla bağlı təhlükəli tövsiyələr

Koronavirusla bağlı təhlükəli tövsiyələr


Koronavirusdan qorunmaq üçün sosial şəbəkələrdə verilən tövsiyələr təhlükəli ola bilər.

Bunu Rusiya paytaxtında yerləşən Vinoqradova adına şəhər kliniki xəstəxanasının baş həkimi Mariya Blinova “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, kağız dəsmallardan müdafiə maskası düzəltməyi öyrədən videoçarxlara etimad etmək lazım deyil. O bildirib ki, koronavirus infeksiyasına yoluxmaqdan ancaq respirator kömək edə bilər, tibbi maska isə ətrafdakıları yoluxdurmamaq üçün maneə rolunu oynayır.

Bundan əlavə, maskaların propolisin spirtli cövhəri ilə işlənməsi mənasızdır, çünki tənəffüs yollarının yoluxmasının qarşısını almır.

Həkim insanlara “immuniteti yüksəltmək məqsədilə” heç bir halda hidrogen peroksid içməməyi tövsiyə edib, çünki bu maddə orqanizmə ciddi zərər verə bilər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma