Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Victoria's Secret"in modeli koronavirusa yoluxdu
---

"Victoria's Secret"in modeli koronavirusa yoluxdu

"Victoria's Secret"in modeli koronavirusa yoluxdu


“Victoria's Secret”in modeli Aleksina Qrem koronavirusa yoluxub.

Sondakika.com xəbər verir ki, 30 yaşlı model koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Qrem epidemiya səbəbindən bütün planlarını ləğv edib və ABŞ-dan Böyük Britaniyada yaşayan bacısının yanına gedib.

“Mən, əslində, Nyu-Yorkda yaşayıram, amma bu günləri tək keçirmək istəmədim”, - deyən modeldə sonradan koronavirus simptomları aşkar edilib və o, xəstəxanaya yerləşdirilib.

Modeldə hərarət və tənəffüs çatışmazlığı olduğu bildirilib. Qrem sosial media hesabında vəziyyətinin pis olmadığını və müalicəsini xəstəxanada davam etdirdiyini yazıb.

3 mart 1990-cı ildə İngiltərədə anadan olan Qrem “Victoria's Secret”in ilk kürən modelidir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma