Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Səhiyyə Nazirliyi tibbi əlcəklərlə bağlı XƏBƏRDARLIQ ETDİ
---

Səhiyyə Nazirliyi tibbi əlcəklərlə bağlı XƏBƏRDARLIQ ETDİ

Səhiyyə Nazirliyi tibbi əlcəklərlə bağlı XƏBƏRDARLIQ ETDİ


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb.

BiG.AZ xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub.

Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütəmadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək".

"Həmçinin nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır", - məlumatda vurğulanıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma