Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı
---

Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı


Rusiya paytaxtında koronavirusa yoluxan və evdə müalicə alan xəstələrin təcrid rejimini izləyən xüsusi mobil tətbiq hazırlanıb.

Bu barədə Moskva İnformasiya Texnologiyaları İdarəsinin rəhbəri Eduard Lısenko “Exo Moskvı” radiosunun efirində bildirib.

Tətbiqin tam versiyasına giriş sabahdan etibarən mümkün olacaq.

Tətbiqi quraşdırmaq üçün smartfonları olmayanlar bu qurğularla təmin ediləcək. Lakin karantin müddəti bitdikdən sonra xəstədən telefonu qaytarmaq tələb olunur.

E.Lısenkonun sözlərinə görə, proqram yoluxan xəstənin evdə olmasına nəzarət etməyə imkan verir.

O, eyni zamanda qeyd edib ki, tətbiq xəstənin şəxsi məlumatlarına daxil olmayacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma