Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Məşhur həkim koronavirusdan karantinə alındı - Analiz nəticələri gözlənilir
---

Məşhur həkim koronavirusdan karantinə alındı - Analiz nəticələri gözlənilir

Məşhur həkim koronavirusdan karantinə alındı - Analiz nəticələri gözlənilir


Koronavirusun dünyanı təsiri altında saxladığı gündən bəri çıxış etdiyi televiziya proqramlarında görülməsi vacib olan tədbirlərdən danışan Türkiyənin tanınmış sağlamlıq mütəxəssisi, dietoloq Ender Saraç karantinə alınıb.

Publika.az xəbər verir ki, dietoloqdan koronavirus analizi götürülüb. Nəticələr isə hələ bəlli deyil.

E.Saraçın yuxarı tənəffüs yollarında problem yaşandığı bildirilir. Faktı həkimin həyat yoldaşı Benan Saraç da təsdiqləyib. O, həyat yoldaşının analizi öz istəyi ilə verdiyini açıqlayıb.

Qeyd edək ki, 1959-cu ildə dünyaya gələn Ender Saraç İsveçrə, Niderland, Almaniya və Hindistanda təhsil alıb. Uzun müddət Türkiyə telekanallarında sağlamlıqla bağlı verilişlərin aparıcısı olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma