Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi..."
---

"İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi..."

"İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi..."


“Türkiyədə bütün verilişlərə çıxdım. Mehmet Ali Erbil 3 gün məndən xahiş etdi ki, verilişinə çıxım. Dedim siz şounu çox sevirsiniz, bizim müğənnilərimizi ələ salırsınız. Dedi ki, verilişimizə kim necə gəlir, onunla o cür rəftar edirik”.

ON3.AZ xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Xalq artisti Nazpəri Dostəliyeva Türkiyədəki konsertindən bəhs edərkən deyib.

O, “İlhamə Quliyevanı bağışlayardınız” sualına isə belə cavab verib:

“Sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi...”.

N.Dostəliyeva sənətçilər arasında birlik olmamağından şikayətlənib:

“Tək mənim deməyimlə düzələn deyil. Gərək səhnədə sənətdə sözünü deyən adamlar bir yerə yığılıb sözünü desin. Bu gün gənc müğənnilər var, baxmayaraq ki, sənətləri yoxdur, səhnədə, efirdə özlərini apara bilmirlər, hətta özlərindən yaşda və sənətdə böyük sənətkarlara söz də atırlar, təhqir də edirlər. Ona görə də mən ehtiyat edirəm. Çox qorxulu bir situasiya yaşayırıq”.

"İlhamə nə boyda şantajlar yazdırırdı, Allah da götürmədi..."
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma