Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 90 yaşlı qadın üç gün qızının meyiti ilə eyni evdə yaşadı
---

90 yaşlı qadın üç gün qızının meyiti ilə eyni evdə yaşadı

90 yaşlı qadın üç gün qızının meyiti ilə eyni evdə yaşadı


90 yaşlı qadın qızının cəsədi ilə üç gün eyni evdə yaşayıb.

Faciəvi hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.

Bildirilir ki, 90 yaşlı Şaziyə Altuntaşlarla birlikdə yaşayan 57 yaşlı qızı Nəsrin Altuntaşların yaxınları onlardan dörd gün xəbər ala bilməyib. Bu səbəbdən Nəsrin Altuntaşların oğlu evə gəlib. Ancaq mənzilin qapısını aça bilməyib. Qapının ardından bərk qoxu gəldiyindən qonşuların köməyi ilə qapını qırmaq qərarına gəlib. İçəri daxil olduqda isə qadınların yatdığını görüb.

Ağır qoxular səbəbindən içəridə durmaq mümkün olmayıb. Təcili yardıma xəbər verilib. Hadisə yerinə gələn tibb işçiləri ilk müayinədə Şaziyə Altuntğaşların yaşadığını, Nəsrin Altuntaşların isə öldüyünü müəyyən edib.

Sonradan qadının üç gün əvvəl vəfat etdiyi, yaşlı qadının ölən qızı ilə bu müddət ərzində eyni eydə qaldığı müəyyən olunub.

Yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma