Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bir otaq istəyirəm..
---

Bir otaq istəyirəm..

Bir otaq istəyirəm..


Bir otaq isteyirem
Bir otaq istəyirəm
Özümdən küsəndə orda gizlənib, hönkürtüylə ağlaya bilmək üçün.

Bir otaq istəyirəm,
Səs-küydən qaçıb, divarlarında sığınacaq tapmaq üçün.

Günəşin yalançı şüalarının, küləyin xain nəfəsinin,
Yağışın kirli damcılarının sızıla bilməyəcəyi bir otaq olsun.

Divarları möhkəm olsun -
Heç bir həşərat daxil ola bilməsin deyə.

Qapısı möhkəm olsun -
Həşəratlardan daha qorxunc olan insanlar aça bilməsin deyə.
O mənə sadiq olsun, mən də ona.

Bir otaq istəyirəm,
Məni bu vəhşi dünyadan ayırsın, qoruya bilsin.
Mən də heç vaxt onu tərk etməyim.

Bir otaq istəyirəm,
Qoynunda rahatlığa qovuşum, köks dolusu nəfəs alıb uzaq xəyallara dalım.

Bir otaq istəyirəm,
İçində uzanıb elə hey düşünüb fikirləşə bilim.
Heç kim mənə qarışmasın, heç kim narahat etməsin.
Heç kim özünü sevdirib daha sonra tərk etməsin…

Bir otaq istəyirəm,
Nə lüks olsun, nə bahalı.
Hündürlüyü boyum qədər, eni mənim enim qədər.

Bir otaq istəyirəm
Üstünə lay-lay torpaq tökülsün
Sonra otlar bassın üzərini
Və itsin digər otaqlar arasında.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma