Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi
---

Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi

Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi


Meksika sakini “Uber”də taksi sürücüsü işləyən ərini izləmək üçün maşının yük yerində oğlu ilə birlikdə gizlənirmiş.

Bu barədə “Unilad” xəbər verib.

Bildirilir ki, qısqanc qadın ərini gecə növbələri zamanı izləyirmiş.

Məlumata görə, “Uber”in müştərisi Kris Astudilyo taksidə gedərkən sürücü yük yerindən qəribə səslər eşitməyə başlayıb. O, yük yerini açarkən arvadı və oğlunu görüb. Qadın acıqlanmağa və qışqırmağa başlayıb.

Astudilyo baş verənlərin şəklini çəkərək, “Facebook”da paylaşıb.

“Təsəvvür edin, “Uber”də gedirsiniz, sonra məlum olur ki, sürücünün arvadı ərini izləmək üçün maşıın yük yerində gizlənib”, - deyə o, yazıb.

Sosial şəbəkə istifadəçiləri isə qadını kəskin tənqid edərək, uşağı heç düşünmədiyini deyiblər. İstifadəçilərdən biri isə onların boşanacağına və uşağın qadının əlindən alınacağına ümidvar olduğunu deyib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma