Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » СOVID-19 infeksiyalı aktrisanın xəstəxanada qalmasına icazə verilmədi
---

СOVID-19 infeksiyalı aktrisanın xəstəxanada qalmasına icazə verilmədi

СOVID-19 infeksiyalı aktrisanın xəstəxanada qalmasına icazə verilmədi


Koronavirusa yoluxan ukraynalı aktrisa Olqa Kurilenko yüksək temperaturla xəstəxanada qalmasına icazə verilmədiyini etiraf edib.

Axşam.az xəbər verir ki, buna səbəb isə pandemiya ilə mübarizə aparan tibb müəssələrinin dolu olması göstərilib.

Bu barədə İnstaqram səhifəsində yazan aktrisa bildirib ki, xəstəxanaya hazırda ölümlə üz-üzə olan şəxslər qəbul edilir.

39 dərəcə qızdırması olan Olqadan virus testi götürülüb və daha sonra səhhətinin pisləşdiyi halda təcili tibbi yardımla əlaqə saxlaması tapşırılıb.

Bir həftə ərzində 38,5 dərəcə temperaturdan əziyyət çəkən aktrisa hazırda özünü yaxşı hiss edir. Amma o, koronavirusa harada yoluxduğunu bilmir.

Qeyd edək ki, 40 yaşlı Olqa Kurilenko “Mərhəmət kvantı” filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma