Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İnəkləri danışdıran, korlara "üçüncü göz" yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı
---

İnəkləri danışdıran, korlara "üçüncü göz" yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı

İnəkləri danışdıran, korlara "üçüncü göz" yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı


Hindistanda insan qaçırmaq və təcavüz kimi ittihamlarla axtarışda olan, özünü “müqəddəs” elan hindu təriqət lideri Nithyananda Ekvador sahillərində bir adada öz dövlətini qurduğunu elan edib.

“Hürriyyət” xəbər verir ki, ölkəsində böyük izləyici kütləsi olan Nithyananda yeni “dövlət”in adının “Kailasa Cümhuriyyəti” olduğunu və dövlətdə yaşayanların “dünyanın ən böyük və ən saf hindu əhalisi” olduğunu qeyd edib.

“Kosmik dövlət” Nithyanandanın varlı mürşidlərindən birinin Ekvador sahillərində aldığı xüsusi bir adada yaradılıb. Nithyananda həmçinin hindu ibadətini həyata keçirənlərin bu dövlətin vətəndaşlığını və pasportunu almaq üçün müraciət edə biləcəklərini açıqlayıb. “Kailasa Cümhuriyyəti”nə müəyyən miqdarda ianə edilməsi şərti ilə qəbul edilən müraciətlər Nithyanandanın özü tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, Hindistanda 10-dan artıq məbəd quran Nithyanandanın günəş çıxmasını 40 dəqiqə gecikdirdiyi, divarın arxasını gördüyü, 82 kor uşaq üçün “üçüncü göz” yaratdığı, inəkləri sanskrit və tamil dillərində danışdırdığı iddia edilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma