Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Pişik balası bilib aldılar, puma çıxdı
---

Pişik balası bilib aldılar, puma çıxdı

Pişik balası bilib aldılar, puma çıxdı


Puma heyvan müdafiəsi mərkəzinə təhvil verilir

Argentinanın San Migel de Tukuman şəhərində yaşayan Florensiya Lobo qardaşı ilə birlikdə parkda dincəldikləri vaxt heyvanın ağlamaq səsini eşidiblər.

Mətbuatda yer alan xəbərə görə, səsi təqib edən Lobo iki pişik balası tapıb. Pişikləri sakitləşdirən Lobo qardaşı ilə danışdıqdan sonra onlara sahiblənməyə qərar verib. Tito və Dani adı verilən balalardan Dani iki həftə sonra ölüb.

Bir müddət sonra Titoda da xəstəlik əlamətləri görən Lobo və ailəsi pişiyi baytara göstərir. Pişiyi müayinə edən baytar ailəyə şok xəbər verir.

Sən demə, Lobonun pişik balası sanıb sahibləndiyi heyvan əslində puma imiş. Baytar pumanı heyvan müdafiəsi ilə məşğul olan qurumlara təhvil verməli olduqlarını bildirir.

Bundan sonra puma heyvan müdafiəsi mərkəzinə təhvil verilir. Ayağından yaralı olduğu məlum olan heyvan müalicə olunduqdan sonra təbiətə buraxılacaq.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma