Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Komitə "Space"i məhkəməyə verdi
---

Komitə "Space"i məhkəməyə verdi

Komitə "Space"i məhkəməyə verdi


Əmlak Məsələləri Dövlət Komitəsi “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə qarşı borc tələbi ilə bağlı iddia qaldırıb.

"Report" xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə edilən müraciətdə icarə müqaviləsi üzrə ümumilikdə 25 min 229 manat borcun "Space"dən tutulması istənilib.

Hakim Aytən Oruczadə sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilən ərizənin qəbulundan imtina edilməsi barədə qərar qəbul edib.

Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, 2 min manatdan 10 min manatadək olan mülki işlər üzrə iddialara (kiçik iddialar) sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Sözügedən iddiada cavabdehdən tələb olunan pul məbləği ümumilikdə 26.229 manat təşkil etdiyi üçün ərizə iddia icraatı qaydasında verilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma