Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Kral arvadları və uşaqlarına 19 "Rolls-Royce" və 20 BMW aldı - Foto
---

Kral arvadları və uşaqlarına 19 "Rolls-Royce" və 20 BMW aldı - Foto

Kral arvadları və uşaqlarına 19 "Rolls-Royce" və 20 BMW aldı - Foto


Afrikanın ən kasıb ölkəsi sayılan Esvatininin kralı III Msvati 19 ədəd “Rolls-Royce” və 20 ədəd BMW markalı avtomobil alıb.

“Times Live” nəşrinin məlumatına görə, o, bu maşınları 15 arvadı, 23 uşağı və digər qohumlarına verib.

Avtomobilləri gizlin şəkildə gecə vaxtı ölkəyə gətirməyə çalışıblar, ancaq kral ailəsinin bu istəyi ürəyində qalıb.

Yerli müxalifət bu avtomobillərin alınması ilə bağlı məlumat paylaşaraq, insanları mitinqə çağırıblar. Müxalifət ölkədə orta aylıq gəlirin 128 dollar olmasına baxmayaraq, kralın 213 milyon dollar sərvətinin olmasına da etiraz edib.

III Msvati 1986-cı ildən bu ölkəni idarə edir. Onun avtomobil qarajında 20-dən çox “Mercedes-Maybach S600 Pullman” avtomobili, həmçinin BMW və “Rolls-Royce”un nadir modelləri var. (Oxu.az)

Kral arvadları və uşaqlarına 19 "Rolls-Royce" və 20 BMW aldı - Foto
Kral arvadları və uşaqlarına 19 "Rolls-Royce" və 20 BMW aldı - Foto
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma