Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Ustay" şirkətinin 13 işçisi zəhərlənib
---

"Ustay" şirkətinin 13 işçisi zəhərlənib

"Ustay" şirkətinin 13 işçisi zəhərlənib


Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.

"Report" xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.

İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hələ ki, hadisənin səbəbi bəlli deyil.

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma