Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz
---

Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz

Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz


"WhatsApp"-ın Android versiyasına barmaq izi xüsusiyyəti əlavə edilib.

MAY.AZ Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, "WhatsApp" iOS-da tətbiq etdiyi barmaq izi ilə bağlam xüsusiyyətini Android tətbiqi üçün də istifadəyə verib. "Barmaq izi kilidi" funksiyası "WhatsApp"-ın Androiddəki 2.1.222 versiyası ilə birlikdə istifadəyə verilib. Artıq bütün Android cihazlara "WhatsApp"-ım yeni versiyasını yükləyərək yeni funksiyadan istifadə etmək mümkündür. Yəni bundan sonra "WhatsApp"-a ancaq barmaq izi ilə daxil olmaq mümkün olacaq.

Funksiya aktivləşdirildikdən sonra daha heç kim sizin "WhatsApp"-nızı açıb mesajlara baxa bilməyəcək. Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq "barmaq izi kilidi" funksiyasını aktivləşdirməlisiniz.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma