Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
---

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi



Şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:

“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”.

Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:

“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.

Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma