Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi
---

Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi

Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi


2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi elektron ödəniş operatoru olan “Easy Pay” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxılıb.

MAY.AZ e-huquq.az-a istinadən xəbər verir ki, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə imza etmiş Bayramova Nərminə Nəsib qızının iddiaçı Dövlət İmtahan Mərkəzi adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) ərizəyə əlavə etməyib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ödəmə kartlarının elektron satışını “Easy Pay” sistemi vasitəsilə həyata keçirirdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma