Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Çay sevənlər üçün YENİLİK
---

Çay sevənlər üçün YENİLİK

Çay sevənlər üçün YENİLİK


Çay həvəskarları daha inkişaf etmiş beyinə sahib olur, çünki çay beyin neyronları arasındakı əlaqələri inkişaf etdirir.

MAY.AZ e-tibb.az-a istinadən bildirir ki, yeni aparılan tədqiqat milyonlarla çay sevən üçün xoş xəbər sayıla bilər.

Sinqapur Milli Universiteti, Çinin Wuyi Universiteti, həmçinin İngiltərənin Essex və Kembric universitetlərinin tədqiqatçıları qara, yaşıl çaylar və Çin çayı sayılan Ulun (Oolong) çayının istifadəsinin beyinə müsbət təsir etdiyini açıqlayıblar.

Bildirilir ki, çay beynin fərqli hissələrinin bir-biri ilə yaxşı əlaqə yaratmasına kömək edir, bu isə demans kimi təhlükəli qocalıq pozğunluqları riskini azaldır.

Tədqiqatçılar çayın beyin quruluşlarına müsbət təsirinin ilk sübutlarını təqdim ediblər.

Nəticələrə görə, çay içən insanlar özlərini yaddaş zəifliyi kimi qocalıq xəstəliyindən qoruyurlar. Bu nəticəyə çay həvəskarı olan və olmayanların beyinlərinin müqayisəli təhlilindən sonra gəlinib.

Tədqiqatda 60 yaşdan yuxarı olan cəmi 36 nəfər iştirak edib. Düzdür, bu qədər az sayda iştirakçı ilə milyonlarla insanla bağlı nəticə çıxarmaq çətindir. Amma istənilən halda, bu, maraqlı araşdırma sayılır. Eləcə də elm çoxdan faydalı xüsusiyyətlərə sahib olan çayın orqanizmə, o cümlədən beyinə müsbət təsir göstərdiyini sübut edib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma