Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tağıyevin heykəli belə olacaq - FOTOLAR
---

Tağıyevin heykəli belə olacaq - FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü olub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb. Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Tağıyevin heykəli belə olacaq - FOTOLAR
Tağıyevin heykəli belə olacaq - FOTOLAR
Tağıyevin heykəli belə olacaq - FOTOLAR
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma