Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Qarpızdan zəhərlənmələr nə ilə bağlıdır? - AÇIQLAMA
---

Qarpızdan zəhərlənmələr nə ilə bağlıdır? - AÇIQLAMA

Qarpızdan zəhərlənmələr nə ilə bağlıdır? - AÇIQLAMA



"Qarpızdan zəhərlənmələr fermerlərin məhsula daha çox gübrə verməsi ilə bağlıdır".


BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Kənd Təsərrüfatı Nazirliyinin "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Şəkiyə aqrar ekoturizim layihəsi ilə bağlı infoturu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövsümdə qarpızla əlaqədar zəhərlənmələr olur:

"Bu qarpızın keyfiyyəti ilə bağlı deyil. Hər bir fermer məhsulunu tez yetişdirib bazara çıxarmasını və əlverişli qiymətə satmasını istəyir. Bu, gübrəni normadan çox verərək, tez yetişdirib bazara əlverişli qiymətə çıxarmaq təşəbbüsü ilə bağlıdır. Burda nitrat tərkibli gübrələrdən istifadə edilir ki, bu da sonradan mədə-bağırsaq sistemində pozğunluğa səbəb olur. Daha çox apreldə əkilir və iyunun əvvəlində bazara çıxarılır. Burda tətbiq edilən gübrələrin normasına fermerlər nəzarət etməlidir".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma