Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb - FOTOLAR
---

Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb - FOTOLAR

Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb - FOTOLAR


Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

"Report"un xəbərinə görə, cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma