Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
---

Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir

Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir


Bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib.
Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

BiG.AZ xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilməyib.
Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.

Qeyd edək ki, B.Bağırzadə heykəlin "Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.
T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır...
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma