Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ramazan ayının başlanma tarixi açıqlandı
---

Ramazan ayının başlanma tarixi açıqlandı

Ramazan ayının başlanma tarixi açıqlandı


Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək


Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir. Avtosfer.az xəbər verir ki, bu barədə ONA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib. O bildirib ki, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma