Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Diriliş Ərtoğrul"un FİNAL tarixi bəlli oldu
---

"Diriliş Ərtoğrul"un FİNAL tarixi bəlli oldu

"Diriliş Ərtoğrul"un FİNAL tarixi bəlli oldu


Rekordları qıran “Diriliş Ərtoğrul” serialının final tarixi bəlli olub.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Diriliş Ərtuğrul”un final bölümü mayın 29-da yayımlanacaq. Serial yeni mövsümdə baş rolda Burak Özçivitin iştirakı və “Osman Qazi” adlı ilə yayımlanacaq.

“Osman Qazi” serialının ilk bölümü isə noyabrın 13-də TRT 1-də nümayiş olunacaq.
Türkiyə mətbuatının yazdığına görə, adıçəkilən layihənin sonuncu bölümündə Ərtoğrul seriala ölərək vida edəcək. Buna səbəb kimi baş rol qəhrəmanı Engin Altan Düzyatanın Burak Özçivitlə eyni serialda oynamaq istəməməsi olub. Odur ki, təşkilatçılar onları ayrı-ayrılıqda çəkməyə qərar verib.

Qeyd edək ki, serialda ozan rolunda azərbaycanlı musiqiçi Şəmistan Əlizamanlı da rol alır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma