Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu
---

Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu

Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu


ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar.

Trend.az bildirir ki, mütəxəssislərin fikrincə, bunun üçün gün ərzində yarım saat üz gimnastikası yerinə yetirmək kifayətdir.

Bununla bağlı təcrübələr 20 həftə müddətində 40-65 yaş arası qadınlar üzərində aparılıb.

Təcrübə müddətinin əvvəlki həftələrində qadınlar mimika ilə bağlı 32 növ hərəkət yerinə yetirib, daha sonra 30 dəqiqəlik üz gimnastikası edib.

Qeyd olunur ki, bu müddət başa çatdıqdan sonra qadınların üz cizgiləri təcrübədən əvvəlki dövrlə müqayisədə daha cavan görünüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma