Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu ölkədə "Instagram" qadağan edildi
---

Bu ölkədə "Instagram" qadağan edildi

Bu ölkədə "Instagram" qadağan edildi


İranda "Instagram" sosial platformasından istifadə qadağan edilib.


MAY.AZ primetime.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarı çıxarılsa da, icrası hələlik yubadılır. Verilən məlumata görə, İran baş prokurorunun müavini Cavad Cavidniya bildirib ki, hökumət platformanı filtrləmək qərarı alıb, lakin çəkilən xərclərə rəğmən, nəticə almaq mümkün olmayıb. O, verdiyi açıqlamada "məhkəmə sözügedən sosial platformadan istifadənin qadağan olunması haqqında qərar verib. Kiberaləm Yüksək Şurası da bu sosial şəbəkəsinin qapadılmasını dəstəkləyir" deyib.

Rabitə və Texnologiya naziri Məhəmməd Cavad Azəri Çehromi də məsələ ilə əlaqədar açıqlama verib: "Instagram"a girişin qadağan olunmasının, xalqın yaşam tərzinə və cinayət faizinin azaldılmasına necə təsir göstərəcəyi xalqa açıqlanmalıdır. İnsanlar bu platformanın qadağasından sonra nələr olacağını bilməlidir."
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma