Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Türkan: "Oğlumuz" ifadəsini sözgəlişi işlətmişəm"
---

Türkan: "Oğlumuz" ifadəsini sözgəlişi işlətmişəm"

Türkan: "Oğlumuz" ifadəsini sözgəlişi işlətmişəm"


Müğənni Türkan Vəlizadə bu gün ATV kanalında yayımlanan "Zaurla Günaydın" verilişində işlətdiyi "oğlumuz" ifadəsindən sonra doğan söz-söhbətə aydınlıq gətirib.

Bu haqda danışan müğənni bildirib ki, onun fikirləri təhrif olunub:

"Mən Pərvizin oğlu üçün verilişdə "oğlumuz" ifadəsini sözgəlişi işlətmişəm. Bu, o demək deyil ki, onu mən dünyaya gətirmişəm. Necə ki, dilimizdə başqalarının doğmalıq duyduğumuz övladlarına "oğlumuz, qızımız" deyirik, mən də o mənada dedim. Bunu niyə bu qədər şişirtdilər, anlaya bilmirəm. Pərvizin oğlunun anası öz həyat yoldaşıdır, mən deyiləm".

Söhbət əsnasında müğənni ailəli olmadığını, üstəlik də dünyaya övlad gətirmədiyini dilə gətirib.(milli)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma