Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi
---

Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi

Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi


Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən MAY.AZ-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı dislokasiya təsdiq olunub. Artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb.

Hazırda metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Neftçilər" və "Gənclik" stansiyalarının qarşısında çadırlar qurulub. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma