Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Onları övladlarımdan ayırmıram": Mələkxanım Əyyubova
---

"Onları övladlarımdan ayırmıram": Mələkxanım Əyyubova

"Onları övladlarımdan ayırmıram": Mələkxanım Əyyubova


Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu, müğənni-bəstəkar Ramal İsrafilovdan danışıb.

Axşam.az-ın məlumatına görə, xanəndə Ramalın onun olduğu verilişə gəlməməsinə münasibət bildirib. Əyyubova “Hər şey daxil” verilişinə zəng edərək müğənni ilə küsülü olmaları haqda söhbətlərə aydınlıq gətirib:

“Onlar mənim balalarımdır, heç vaxt övladlarımdan ayırmıram. Mirkamili də çox istəyirəm. Onlarla hər zaman bir yerdəyəm. Efirdə elə olur ki, işi olub gəlməyib. O demək deyil ki, Ramal verilişə hörmətsizlik edir. Sosial şəbəkədə yazırlar ki, bibi bunlara dəstək olmadı. Biz belə ailə deyilik”.
M.Əyyubova "Bəs niyə Ramalla duet oxumursunuz" sualına belə cavab verib:

“Ramalı qınayıram, bibisi ilə duet oxumur. Neçə vaxtdır deyirəm. İnanıram ki, edəcək. Düzdür, işləri də olur. Bizim ailədə hər zaman hörmət olub”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma