Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » BMT uşaqların müharibələrdə öldürülməsini pislədi
---

BMT uşaqların müharibələrdə öldürülməsini pislədi

BMT uşaqların müharibələrdə öldürülməsini pislədi


BMT Təhlükəsizlik Şurası bazar ertəsi hərbi münaqişələr zamanı uşaqların müdafiəsinə çağıran 2427№-li qətnaməni yekdilliklə qəbul edib.

May.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, qətnamə ləyihəsi Şuraya sədrlik edən İsveç tərəfindən təqdim olunub.

“TŞ uşaqların münaqişə iştirakçıları tərəfindən cəlb edilməsi, həmçinin onların qətli, oğurlanması, şikəst edilməsi, zorlanması, məktəb və xəstəxanalara hücumlar və humanitar yardımın alınmasına törədilən maneələrlə əlaqəli qüvvədə olan bütün beynəlxalq hüquq normalarının pozulmasını qətiyyətlə pisləyir”, - sənəddə deyilir.

Qətnamə həmçinin ölkələri və BMT-ni münqaişələr, münaqişələrin qarşısının alınması və münaquişələrdən sonrakı dövrlərdə uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin eduilməsinə çağırır.

Qeyd edək ki, 2017-ci ildə silahlı münaqişələr zamanı 10 mindən çox uşaq həlak və ya şikəst olub, 8 mindən çoxu isə münaqişələrə cəlb edilərək yaraqlı qismində istifadə olunub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma