Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Xüsusi fəaliyyət rejimi ləğv edilib
---

Xüsusi fəaliyyət rejimi ləğv edilib

Xüsusi fəaliyyət rejimi ləğv edilib


Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən xəbərə görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.

"Bakı Nəqliyyat Agentliyi 3-4 iyul tarixlərində sərnişin daşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk," - deyə məlumatda vurğulanıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma