Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Rövşanə üsyan etdi: Fuad Poladov boyda sənətkarı, şəxsiyyəti necə evindən götürmək olar?!
---

Rövşanə üsyan etdi: Fuad Poladov boyda sənətkarı, şəxsiyyəti necə evindən götürmək olar?!

Rövşanə üsyan etdi: Fuad Poladov boyda sənətkarı, şəxsiyyəti necə evindən götürmək olar?!
ə

"Fuad Poladov boyda sənətkarı, şəxsiyyəti necə evindən götürmək olar?! Fuad Poladov xalqındır, xalqın! Xalqın sonuncu magikanla vidalaşması üçün bir məkan tapılmadımı? Heç balacası da yoxdurmu ki, millət sənətkarına vida etsin?"

BAKU.WS-in məlumatına görə, tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı bu gecə əbədiyyətə qovuşan görkəmli aktyorla vida mərasimi üçün xüsusi yer ayrılmadığına bu sözlərlə üsyan edib.

Xalq artisti Fuad Poladovla vida mərasiminin Böyük sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində ictimaiyyət nümayəndələri, teatr və kino xadimləri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00-dək davam edəcək. Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma