Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ərzaq məhsulları 3,7 faiz bahalaşıb - RƏSMİ
---

Ərzaq məhsulları 3,7 faiz bahalaşıb - RƏSMİ

Ərzaq məhsulları 3,7 faiz bahalaşıb - RƏSMİ


2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artıb.

Dövət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyü, un, manna və qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, yumurta, kərə yağı, limon, banan, pomidor, xiyar, badımcan, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağları, portağal, alma, armud, göyərti, soğan, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma